Şuşaya gedən yol hansı ərazilərdən keçəcək? – RƏSMİ AÇIQLAMA

“Şuşaya aparan yol Əhmədbəyli kəndindən başlayaraq Füzuli şəhərinin yanından keçəcək”.

Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov məlumat verib.

O bildirib ki, Agentliyin qarşısında duran bir nömrəli məsələ ölkəmizin tacı, mədəniyyət mərkəzimiz Şuşaya yeni yolun tikintisi ilə bağlıdır:

“Şuşaya gedən yeni yol Əhmədbəyli kəndindən başlayaraq, Füzuli şəhərinin yanından keçəcək. Məşhur Topxana meşələrinin ətəyindən keçən yol Daşaltı kəndinə düşəcək, oradan isə Şuşaya qalxacaq.

Yol çox dağlıq-meşəlik ərazilərdən keçəcək, relyef çox çətindir. Amma bu çətinliyə baxmayaraq, körpülər tikilməklə meşə zolağından keçərək, 4-6 zolaqlı birinci dərəcəli yolun tikintisi davam etdiriləcək. Yolun uzunluğu təxminən 100 km-ə yaxın olacaq.

Bildiyiniz kimi, zaman az olduğundan layihələndirmə və tikinti işləri, demək olar ki, paralel aparılır. Yolun dəqiq uzunluğu işlərin yekununda bəlli olacaq. Yolun tikintisi ilə bağlı Prezident İlham Əliyev bir il yarım vaxt verib. Bir neçə podratçı şirkətlə çalışmaqla maksimum tez zamanda yolun tikintisini bitirməyi düşünürük”.

“Hətta qardaş ölkə Türkiyənin dağ şəraitində çalışa bilən şirkətləri var ki, bu işdə onların təcrübələrindən də faydalanacağıq”, – deyə H.Rüstəmov qeyd edib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s