Şuşada ilk mağaza açıldı – FOTO

27 ildən sonra erməni işğalından azad olunmuş Şuşada ilk şirniyyat sexi fəaliyyətə başlayıb.  ShushaNews xəbər verir ki, bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

FED.az saytına əsasən, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.

Şuşadakı ilk mağazanın rəhbəri: «Əsgərlərimiz üçün hər şey pulsuzdur»

“Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək verib. KOBİA-dan FED.az-a bildirilib ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.

Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s