Azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı həbs olundu

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib. Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinində Sülh və İnsanlıq Əleyhinə Cinayətlər fəslində əksini tapan 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.

Beynəlxalq Humanitar Hüquqa əsasən, insanlıq əleyhinə cinayətlərin bir növü kimi çıxış edən işgəncə, beynəlxalq hüquq normalarına zidd əməl kimi beynəlxalq birlik tərəfindən birmənalı olaraq qadağan olunmuş və bu da dövlətlər tərəfindən imperativ norma kimi tanınmışdır. Mülki və Siyasi hüquqlar haqqında Paktın 7-ci maddəsi, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 3-cü maddəsi, İnsan hüquqları haqqında Amerika Konvensiyasının 5-ci maddəsi, İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasının 5-ci maddəsi işgəncəni və insanlığa qarşı yönələn bütün hərəkətləri qadağan edir. Eyni zamanda Ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 5-ci maddəsində göstərilir: “Heç kəs işgəncəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

İşgəncələr insan ləyaqətini təhqir edir, çünki insanı öz iradəsi əleyhinə hərəkət etməyə vadar edir, onu kölə vəziyyətinə qədər alçaldır. Bu cinayətin ictimai təhlükəliliyi, mülki əhalinin tutulmuş və ya azadlığı başqa cür əhdudlaşdırılmış nümayəndələrinə qarşı, onların sağlamlığını təhlükə altında qoyan hərəkətlərin törədilməsi ilə xarakterizə olunur.

Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.

İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib. Hətta Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb. Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s