“Qoy hamı bilsin ki, Şuşalıyam mən!” – Sabir Əliyev.

Bir neçə gün bundan öncə işğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə konsert proqramı təşkil olunmuşdur.

Fəxarət hissilə deyə bilərəm ki, babam, Əliyev Sabir Əli oğlunun qələmə aldığı “Qoy hamı bilsin ki, Şuşalıyam mən!” şerinin bir hissəsinin konsertin aparıcısı, Tahir İmanov tərəfindən hərbçilərimiz üçün səsləndirməsi, mənim çox xoş bir məqam oldu. Tahir İmanova dərin təşəkkürümü bildirirəm. Həmin şer “Şuşa nəğmələri” adlı şer toplusunda çap edilmişdir:

Babam, Sabir Əliyev 1927-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. Azərbaycan Tibb İnstitutunda təhsil aldıqdan sonra Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Azərbaycan SSR Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərdiyinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Həkim olmaqla bərabər, həm də şerlər yazmışdır. Səhhətinə görə 1976-ci ildə doğma şəhərinə, Şuşaya qayıtmış və orada da 1977-ci ildə dünyasını dəyişmişdir. Bircə şeyi dəqiq bilirəm ki, onun ruhu şaddır və Şuşada yerləşən məzarında rahat uyuyur. İnşallah, umid edirəm ki, artıq yaxın zamanlarda onun məzarı üzərində gül dəstəsi qoya biləcəm…

Konsert zamanı isə, istedadlı sənətçimiz Tahir İmanovun ifasında şerin aşağıdakı bəndi səsləndırılmışdır:

“…Çəkdiyim şəkili verim yadigar,

Baxanda görsünlər: bir yanda bahar,

Bir yanda dağların zirvəsində qar,

Bir yanda dərədən qalxan duman-çən.

Qoy hamı bilsin ki, şuşalıyam mən….”

Videoyazını isə buradan izləyə bilərsiniz:

Yazdı: Ramil İskəndərli, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s