Gənclər üçün Təhsil Mərkəzinin hazırladığı “Xarı Bülbül – Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü görmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan nəşrdə Xarı Bülbüllə bağlı əfsanə, hekayə, şeir və s. materiallar yer almışdır. Nəşrin regionlarda məktəblilərə paylanılmasına başlanılmışdır. Qeyd edək ki, Mərkəz əzəli Azərbaycan torpağı olan Qarabağın simvollarından biri sayılan Xarı Bülbüllə bağlı hər il müxtəlif layihə həyata keçirir. Bu il isə “Xarı Bülbül – Qarabağın sirli möcüzəsini tanıdaq!” adlı layihəni reallaşdırmışdır. Layihənin məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, Xarı Bülbüllə bağlı daha çox materiallar hazırlamaq idi. (QHT.az)