Böyük Britaniya BQXK vasitəsilə 1 milyon funt-sterlinq ayıraraq Azərbaycanı dəstəklədi.

Trend: Böyük Britaniya son dövrlər Dağlıq Qarabağ münaqişəsindən ən çox təsirlənənlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) 1 milyon funt-sterlinq yardım ayıraraq ehtiyacı olan azərbaycanlıları dəstəklədi. BMT ilə əməkdaşlıq edərək münaqişədən təsirlənən bölgələrdə olan qadın və qızlara yardım paketləri paylayaraq onların zəruri gigiyena vasitələri əldə etmələrini təmin etdik.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 2020-ci ilə dair yekun mesajında deyib.

O bildirib ki, Böyük Britaniya bir sıra təşəbbüslər sayəsində məcburi köçkün icmalarını dəstəkləməkdən qürur duyur: “Birləşmiş Krallıq qadınların münaqişələrdən sonrakı mühitdə səslərinin eşidilməsi üçün əhəmiyyətli bir platformanı təmin edəcək, qadınlar üçün sülh və təhlükəsizlik üzrə Milli Fəaliyyət Planının hazırlanmasını dəstəklədi. Ümid edirəm ki, Azərbaycan bu fəaliyyət planını 2021-ci ilin əvvəlində qəbul edəcək. Növbəti illərdə Britaniyanın Azərbaycanda məcburi köçkün icmalarına dəstəyini genişləndirməsini səbirsizliklə gözləyirəm”.

Koronavirusun gündəlik həyatımıza maska taxmaq, sosial məsafə saxlamaq və əllərimizi hər fürsətdə yumaq kimi yeni vərdişlər gətirdiyini xatırladan səfir xəstəlikdən ölənlərin xatirəsini yad edib. Diplomat Dağlıq Qarabağ və onun ətrafında gedən son döyüşlərdə həlak olanlara görə dərin hüznlə başsağlığı verib, münaqişə qurbanlarının ailələrinə və yaxınlarına səbr diləyib.

C.Şarp qeyd edib ki, Böyük Britaniya səhiyyə işçilərinin bacarıqlarının inkişaf etdirilməsinə və regionlarda səhiyyə xidmətlərinin gücləndirilməsinə kömək etmək üçün apardığı iş vasitəsilə Azərbaycana COVID-19-la mübarizədə dəstək verməkdən qürur duyur: “Böyük Britaniyanın elmi təcrübəsi COVID-19-la mübarizənin önündədir və bu, dünyaya həyat qurtaran peyvəndlərin yayılmasına kömək edir.

Digər tərəfdən, Azərbaycanın strateji enerji tərəfdaşı olan Britaniya və şirkətlərimiz əməkdaşlığımızı genişləndirməyə və Azərbaycanın yaşıl enerji mənbələri istiqamətində enerji sahəsinin şaxələndirilməsini dəstəkləmək istəyirlər. Beləliklə Azərbaycan da istixana qazının azaldılması ilə bağlı iddialı öhdəliklər götürə bilsin”.

Sonda səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s