Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır

Qarabağ xalçaçılıq ənənələrinin daha geniş auditoriyaya çatdırılması məqəsdi ilə “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda tanıtım videoçarxı  hazırlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektoru “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda tanıtım videoçarxı  hazırlayıb.  Məqsəd Azərbaycan və  Qarabağ xalçaçılığı haqqında obyektiv məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Videomaterialda tarix elmləri doktoru Vidadi Muradov Şuşanın tarixi eləcə də orada toxunan xalça çeşniləri və elementləri haqqında məlumat verib.

Tanıtım çarxında Qarabağda Rusiya, Avropa, Orta Asiya, Anadolu, İran bazarlarının sifarişləri əsasında xalçaların toxunması da Şuşa ilə bağlı olduğu bildirilib. Burada  xalça emalatxanalarının məhsuldarlığı sayəsində xalça bazarının, yunçuluq və boyaqçılıq üzrə emalatxanaların fəaliyyət göstərdiyi qeyd edilib.

Tanıtım çarxını buradan izləyə bilərsiniz:

Videoçarxda Şuşa toxunan xalça və xalça məmulatlarının “Viktoriya və Albert”, Kanada Tekstil muzeyində, “Ermitajda”, və bu kimi dünyanın digər məşhur müzeylərində saxlanıldığı haqında məlumat verilib. Həmçinin 1992-ci ildə erməni işğalı zaman Şuşadakı maddi mədəni irs nümünələrimizin talan edilməsi və hərraca çıxarılması ilə  bağlı  faktlar da əks etdirilib. Lakin bu gün ordumuzun rəşadəti sayəsində Şuşa işğaldan azad edilib. Və tezliklə orada yeni xalça emalatxanalarının, müzeyinin yaradılacağı bildirilib.

http://www.medeniyyettv.az/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s