Ali Baş Komandanımızın “Nə oldu Paşinyan?!” deməyini radioda eşitdikcə qürur duyurdum

“Hələlik özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım.”

Bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov açıqlamasında bildirib.

O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər: Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər.

Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim. Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın “Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum.

Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm. “

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s