Bu sənədli telefilm 44 günlük Vətən müharibəsinin tarixi panoramıdır. Müəllif bu 44 günün fonunda Ali Baş Komandanın 17 illik Prezidentlik dövründə torpaqlarımızın işğaldan azad olunması idealı ilə bağlı siyasi, iqtisadi, ordu quruculuğu, hüquqi haqqımızın beynəlxalq arenaya çıxarması, dünyada görünməmiş diplomatik manevrləri və s. kimi dəyərli fəaliyyətini vizual faktlarla təhlil etmiş, onları ümumiləşdirərək qələbənin tarixi panoramını yaratmışdır.