Hündürlüyü iki metr olan “Şuşa” yazısı hazırdır

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb.

“Report”un məlumatına görə, xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq.

“AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyəti qurumlara müraciət olunub və təsdiqini gözləyir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Hazırda şəhərdə infrastrukturun bərpası həyata keçirilir, restavrasiya işləri üçün hazırlıqlar görülür.

Report.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s