Rusiyanın Dağlıq Qarabağı özünə birləşdirməsi fikri yoxdur – Lavrov

2020-ci il noyabrın 10-na keçən gecə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar yetərincə səmərəli şəkildə həyata keçirilir. Prezident Əliyev də belə hesab edir, baş nazir Paşinyan da.

AZƏRTAC xəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov bu fikri Moskvada mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, hərbi əsirlər məsələsi istisna olmaqla, bütün digər məsələlərə dair razılaşmalar yetərincə səmərəli şəkildə icra edilir, üçtərəfli razılaşmanın mövzusuna çevrilməli olan sülhməramlıların mandatı məsələsi həll edilir. Bu barədə Moskva görüşündə söhbət olub.

Rusiyalı nazir əlavə edib ki, hazırda beynəlxalq təşkilatlar özlərinin Qarabağdakı qiymətləndirmə missiyalarının formatını Bakı və Yerevan ilə razılaşdırırlar. Nazir Qarabağda bütün etnik və dini icmaların yenidən dinc yanaşı yaşamasının vacibliyini də vurğulayıb.

Sergey Lavrov erməni jurnalistin “Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi” barədə sualının cavabında deyib: “Dağlıq Qarabağı Rusiya Federasiyasının tərkibinə daxil etmək haqqında ekzotik təklif barədə. Mənim bildiyimə görə, sizə məlumdur ki, Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən, o cümlədən Ermənistan Respublikası tərəfindən də tanınmayıb. Bizim buna yaxın gələn fikrimiz də yoxdur. Biz bunu əsas götürürük ki, regionun bütün məsələləri orada yerləşən ölkələr tərəfindən, ilk növbədə, Ermənistan və Azərbaycan tərəfindən həll edilməlidir. Biz bu regionda sülhü, sabitliyi, təhlükəsizliyi, həmişə burada yaşamış və gələcəkdə də yaşamalı olan insanların təhlükəsizliyini təmin edəcək həllin axtarışına kömək etməyə hazır olacağıq”.

Erməni rəsmilərini müxtəlif siyasiləşdirilmiş bəyanatlardan çəkinməyə çağıran S.Lavrov deyib: “Mən hesab edirəm ki, bundan çəkinmək yaxşı olardı. Biz artıq Qarabağdan və ya Qarabağ barəsində səslənən “yeni müharibə, yeni ərazilər” kimi emosional bəyanatların maddi qüvvəyə çevrilməsinin şahidləri olmuşuq”. O, daha sonra əlavə edib ki, hazırda Moskva Azərbaycanın və Ermənistanın rəhbərləri arasında əlaqələr qurulmasına, etimad şəraiti yaradılmasına xüsusi diqqət yetirir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s