Gürcüstan Avropa məhkəməsində Rusiyaya qalib gəldi

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı “Gürcüstan Rusiyaya qarşı” iş üzrə qərarını açıqlayıb.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria öz “Twitter” hesabında paylaşım edib.

Gürcüstanın Ədliyyə Nazirliyi AİHM-in çıxardığı nəticəni tarixi qərar adlandırıb. Nazirlik bu qərarın ölkənin ərazi bütövlüyünün bərpası və münaqişənin həlli üçün çox vacib vasitə olduğunu vurğulayıb. 

Strasburq məhkəməsi Gürcüstanın Rusiyanın avqust müharibəsi zamanı Avropa konvensiyasının bir neçə maddəsini pozması ilə bağlı tələblərini təmin edib. Qərarla aşağıdakı linkdən tanış olmaq olar:

Gürcüstan mətbuatının yanvarın 21-də verdiyi xəbərə görə, AİHM Gürcüstanın Rusiyanın 5 günlük müharibə zamanı Avropa konvensiyasının bir neçə maddəsini pozması ilə bağlı tələblərini təmin edib.

Məhkəmə müharibə zamanı gürcü hərbi əsirlərə və mülki şəxslərə qarşı işgəncələrə, qeyri-insani davranışlara yol verildiyini, mülki əhalinin hüquq və azadlıqlarının pozulduğunu bildirib. Həmçinin müharibə dövründə Gürcüstan vətəndaşlarının qətli ilə bağlı araşdırmalardan imtina edilməsinə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bəyan edib.

AİHM yanvarın 15-də “Ukrayna Rusiyaya qarşı” işində də Ukrayna lehinə qərar çıxarmışdı. Belə ki, məhkəmə Rusiyanın 2014-cü il martın 18-də Krım yarmadasında referendumdan əvvəl nəzarəti qanunsuz ələ keçirdiyini və yarmadanın əhalisinin hüquqlarını pozduğunu bəyan etmişdi. Ukrayna rəsmiləri bu qərarın verilməsiylə, yeni şərtlərin ortaya çıxdığını, AİHM-in gələcəkdə Rusiyanın Krımı qanunsuz anneksiya etməsi barədə qərar çıxara biləcəyini irəli sürmüşdülər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s