AŞPA-da deputatdan erməni həmkarına etiraz: “Şuşi yox, Şuşa” – (VİDEO)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvünə öz etirazını bildirib.Azvision.az APA-ya istinadən xəbər verir ki, K.Cəfərov tarixi Azərbaycan şəhəri olan Şuşanın adı ilə bağlı iradını bildirib.

Video Kamal Jafarovun Facebook profilində yerləşdirilib: https://www.facebook.com/kamal.jafarov.2020/

“Mən Edmon Marukyana öz etirazımı bildirirəm. Əvvəla, Şuşi yox, Şuşa. AŞPA prezidenti Rik Daemsin bu assambleyanın şəxsi maraqlar üçün bir alət kimi istifadə edilməməsi fikri ilə həmfikirəm. Mən erməni həmkarlarımdan hər mövzunu siyasiləşdirmələrindən çəkinməyə çağırıram”.

Kamal Cəfərov bildirib ki, erməni həmkarlar bunun yerinə etimadın qurulmasına dair tədbirlər görmək barədə fikirləşməlidir.

“Əgər bir ölkənin rəsmi olaraq seçilmiş nümayəndəsi inamın qurulması üçün tədbirlər haqqında fikirləşmirsə, biz regionda adi vətəndaşların sülhpərvər davranışlarını necə gözləyə bilərik? Artıq konflikt başa çatıb və önümüzə baxaraq etimadın yaradılması ilə bağlı tədbirlər görməyin vaxtıdır”, – deyə o, çıxışında bildirib.

Azvision.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s