Bərpa və qayıdış prosesində ictimai nəzarət

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, “ShushaNews” informasiya saytının yaradıcısı, Ramil İskəndərli öz açıqlamasında Prezident İlham Əliyevin dünənki müsahibəsində məmurlara etdiyi xəbərdarlıqlarla bağlı aşağıdakıları bildirmişdir:

-Ilk öncə qeyd etmək yerinə düşər ki, cari ilin yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aydın Kərimovun Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə bağlı videoformatda qəbul zamanı söylədi ki, “Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq”.

Dünən, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində isə Azərbaycan vətəndaşlarına müraciət edərək, işğaldan azad olunmuş torpaqlarda bərpa ilə bağlı görüləcək işlərdə mütləq şəkildə ictimai nəzarətin vacibliyini xüsusi olaraq vurğuladı. Aydın şəkildə bildirdi ki, bu cür ictimai nəzarətin olmadığı təqdirdə, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Hətta Prezident qeyd etdi, “İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu…”.

Şəxsən mən Prezidentin həm yanvarın 27-də, həm də dünən dediyi sözlərindən sonra özümdə belə bir nəticəyə gəldim ki, biz Şuşanı nəinki xarici, eyni zamanda daxili açgöz qüvvələrdən də qorumalıyıq.

Biz, vətəndaşlar, ictimaiyyət, vətəndaş cəmiyyəti, media ve digərləri işğaldan azad edilmiş torpaqlarda məqsədyönlü və planlı şəkildə Prezidentin rəhbərliyi ilə keçirilən bərpa və qayıdış proseslərində aktiv olaraq ictimai nəzarət mexanizmini qurmaqla, prosesə töhvə verməklə Prezidentə dəstək olmalıyıq. Bu proses zamanı qarşıya çıxan hər hansı mənfi hallara qarşı qətiyyətlə ictimai qınaq mexanizmini tətbiq etməliyik. 

Biz Şuşanı, Türk dünyasının mədəni mərkəzi, Qafqazın konservatoriyası, Qarabağın incisi, Azəbaycanın mədəni paytaxtı, İslam dünyasının müqəddəs məkanı kimi təkcə sözlərdə yox, eyni zamanda əməllərdə qəbul etməliyik. Biz Şuşaya, hər hansı bir yay fəslində dincəlmək, kabab çəkmək, və ya bağlarda dincəlmək, və ya əylənmək yeri kimi yox, və ya Prezident qeyd etdiyi kimi, məftillərlə hasarlayıb iqamətgah tikmək üçün yox, 30 il bundan öncə qovulmuş sakinlərinin öz doğma yurd yuvalarında qayıdaraq, daimi yaşayıb yaradacağı bir şəhər kimi, mədəniyyətimizin beşiyi kimi, “ağıllı şəhər” konsepsiyasına uyğun, inkişaf etmiş bir şəhər kimi qurulmalı olan məkan kimi baxmalıyıq. Sonda Ramil İskəndərli onu da bildirmişdir ki, Prezident İlham Əliyev çıxışında Şuşada yenidənqurma işləri barədə danışarkən haqlı olaraq qeyd edir ki, “Bunu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s