Dağlıq Qarabağda 30 il ərzində zülm, işğal var idi. Diplomatiya yolu ilə həll edək deyildi, amma heç kim yanaşmadı. Nə səbəbə? Çünki Ermənistanı dəstəkləyirdilər.Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Nə oldu? Qardaş can Azərbaycan meydana endi və haqqı olanı aldı, torpaqlarını işğaldan azad etdi. İndi də diplomatiya deyirlər. Bəli, orada da varıq. Cənubi Qafqazda sabitlik üçün 3+3 formatında ikili, üçlü görüşmələr başlayıb, atəşkəsə nəzarət edirik. Ermənistan bu səhvlərindən dərs çıxarıb, adam kimi davranarsa, ən çox qazanan bu ölkə və xalqı olacaq”, – deyə XİN rəhbəri vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az