Diplomatlar Qarabağda: Səfirlər, konsullar, attaşelər erməni vəhşiliyinə şahid oldular – FOTOLAR

Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olduqdan sonra Xudafərin körpüsünə yola düşüblər.

Demokrat.az xəbər verir ki, diplomatlar Xudafərin körpüsünün yerləşdiyi ərazidə olublar. Xarici diplomatlara Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə səfərlə bağlı danışıb: “Törətdikləri dağıntılar, vəhşiliklər ermənilərin əsl mahiyyətini göstərir. Ermənistan özünü həmişə dünyaya sivil ölkə kimi təqdim edirdi. Azərbaycanın işğaldan azad edilən ərazilərində ermənilərin törətdikləri dağıntılar, vəhşiliklər onların əsl mahiyyətinin nə olduğunun sübutudur. Bu, bir vəhşiklidir. Azərbaycanlılara məxsus qəbirlər, qəbir daşları və qəbirin içərisindəki sümüklər belə dağıdılıb, məhv edilib. Görün, ermənilər necə vandalizm törədiblər! Biz Cəbrayılda bunun bir daha şahidi olduq. Təkcə Cəbrayıl şəhərində deyil, işğal etdikləri bütün torpaqlarımızda oxşar vəhşiliklər törədiblər. Bu günkü səfərimizdə Beynəlxalq təşkilatların nümayəndələri bunun bir daha şahidi oldular”.

Hikmət Hacıyev onu da qeyd edib ki, Prezident İlham Əliyev Xudafərin körpüsünə səfəri zamanı Azərbaycan-İran dövlət sərhəddini dostluq sərhəddi adlandırıb: “Biz buradan Zəngilana səfər edəcəyik. Bütövlükdə məqsədimiz səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin işğal zamanı Ermənistan tərəfindən törədilən vəhşilikləri gözləri ilə görmələri üçün fürsət yaratmaqdır”.

Demokrat.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s