Fransız jurnalistlər Qarabağa buraxılmadı

Fransız jurnalistlər keçmiş Fransa merlərindən birinin rəhbərliyi ilə Qarabağa səfər etmək üçün Ermənistana gedib. Nümayəndə heyəti Yerevandan icazə aldıqdan sonra Xankəndinə doğru yola düşüb. Lakin Laçın dəhlizində Rusiya sülhməramlıları onların yola davam etmələrinə icazə verməyiblər.

Virtualaz.org bildirir ki, bunları yerli KİV-ə açıqlamasında Ermənistanın Vatikanda və Portuqaliyadakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni  Mikael Minasyan deyib.

Fransızlara bildiriblər ki, onlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsinə dair Ermənistandan alınan icazə etibarsızdır. Onu da deyiblər ki, əgər bu əraziyə daxil olmaq istəyirlərsə, Azərbaycan akkreditasiyasını alsınlar. Əlacsız vəziyyətdə qalan fransızlar geriyə – Yerevana qayıdaraq,  Fransa səfirinin yanına gediblər.

Minasyanın sözlərinə görə, Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə saxlayıb və nəyin baş verdiyini anlamağa çalışıb.

“Nikol Paşinyan isə ona cavab verib ki, bəli, yanvarın 11-də biz razılığa gəldik ki, beynəlxalq media Azərbaycan akkreditasiyasını almalıdır, ümumiyyətlə, yaxşı olardı ki, onlar bütün bu işlərə qarışmasınlar. Conatan Lakotun susmaqdan başqa çarəsi qalmayıb”, – deyə M.Minasyan vurğulayıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s