Son günlər, ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhəri ilə bağlı bəzi məmurların yersiz təklifləri və planları barədə tənqidi çıxışı və ictimai nəzarətin vacibliyi barədə söylədikləri vətəndaş cəmiyyəti təsisatları arasında müsbət qarşılanmışdır. ShushaNews işğaldan azad edilmiş Şuşa şəhərinin və digər ərazilərin bərpası, məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıdışı və ümumumiyyətlə, gələcəkdə bu prosesdə ictimai nəzarətin təşkili, vətəndaş iştirakçılılığının təmini məsələləri “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birlyinin sədri Ramil İskəndərli ilə müzakirə etdik. Müsahibəni nəzərinizə çatdırırıq:

Cənab Prezidentin son müsahibələrinin birində bəzi məmurların Şuşa şəhəri barədə yersiz təklifəri və məkrli niyyətlərinin açıq şəkildə tənqid etməsini necə qarşıladız?

Mən bu tənqidi, və hətta deyərdim bəzi məmurlara qarşı Prezidentin sərt çıxışını çox müsbət, eyni zamanda təbii qarşıladım. Cənab Prezident bu çıxışda əslində tək özünün yox, milyonlarla insanın, şuşalıların və bütün cəmiyyətimizin narahatçılığını dilə gətirdi.Cəmiyyət özü narahat idi ki, Şuşa kimi Azərbaycanın zərif incisi gələcəkdə hansı formada yenidən qurulacaq və bizim bəzi məmurlarımız Şuşanın dirçəlmə prosesinə xeyirdən çox, zərər vuracaqlarmı?

Bakıda doğulub boya başa çatsam da, hal-hazırda babam Əliyev Sabir Əli oğlunun məzarı Şuşadadır. Mərhum babamın Şuşadakı evi hal-hazırda erməni qəsbkarlarının vəhşiliyi nəticəsində yararsız vəziyyətə düşmüşdür. Cənab Prezident dediyi kimi, ümumiyyətlə Şuşada çox az miqdarda yararlı inzibati bina və yaşayış evləri qalıb, hansıları ki erməni işğalçıları özləri vaxtilə öz məqsədləri üçün istifadə ediblər. Çox şükür ki, indi artıq cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin zəhməti hesabına Şuşa yenidən bizə qovuşub.

Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, “Şuşanın ərazisinin ölçüsü cəmi 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir!”. Hesab edirəm ki, bu sözlərdən sonar bizim narahatçılığımıza son qoyuldu.

  • Prezident öz müsahibəsində ictimai nəzarətin vacibliyi məsələsinə də toxundu. Buna münasibətiniz?

Bəli, Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan vətəndaşlarına müraciət edərək, bu prosesdə ictimai nəzarətin mütləq şəkildə vacibliyini önə çəkdi. Aydın şəkildə bildirdi ki, ictimai nəzarətin olmadığı təqdirdə, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.

Hesab edirəm ki, məhz bu səbəbdən ictimai nəzarət çox vacibdir. Şuşada bəzi məmurlar tərəfindən torpaqların gələcək zəbt etmə planlarından, düzgün ictimai nəzarət qoruya bilər.

 Təbii ki, dövlət, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma istiqamətində bütün lazımı göstərişlərini verir, düzgün bildiyi addımları atır və onun rəhbərliyi ilə Qarabağın dirçəlişi prosesi planlı şəkildə həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə işlərin həyata keçirilməsində koordinasiya məsələlərinin həlli üçün İdarələrarası Əlaqələndirmə Mərkəzi yaradılmış, Qarabağ Dircəliş Fondu yaradılmış, işğaldan azad olunmuş ərazilərdə Xüsusi Nümayəndəlik institutu təsis edilmiş, nümunəvi Əsasnaməsi də təsdiq edilmiş və Şuşaya  artıq Xüsusi Nümayəndə təyin edilmişdir. Prezident həmçinin 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioriteti təsdiq edərkən, prioritetlərdən biri kimi məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı göstərmişdir.

            Vətəndaş cəmiyyəti təsisatları aktiv şəkildə bu prosesdə Prezidentə dəstək olmalıdırlar.

  • Ramil müəllim, sizdən, 20 illik vətəndaş cəmiyyətində təcrübəsi olan şəxs kimi soruşmaq istərdim ki, bu sahədə beynəlxalq təcrübə bizə nə deyir?

Əgər biz məsələyə korrupsiya qarşı mübarizə, korrupsiya risklərinin önlənməsi və gələcəkdə mümkün neqativ halların qarşısının alınması prizmasından yanaşaq, oz zaman beynəlxalq təcrübədə Korrupsiyadan Azad Şəhərlər konsepsiyasına (Corruption-Free Cities) müraciət edə bilərik. Biz, gələcəkdə Şuşa səhərini məhz Korrupsiyadan Azad Şəhərlər konsepsiyasından istifadə edərək dirçəlməsinə birlikdə çalışmalıyıq.

Şəhərlər – dinamik dəyişən yenilik mərkəzləridir, resursların paylanması prosesi üzərində muxtariyyətə sahibdir, insanlara daha yaxındır və milli hökumətlər qarşısında əsas vasitəçi rolunu oynayır. Vətəndaşlara təməl xidmətlərin düzgün və ədalətli şəkildə verilməsi əsasən bu hökumətlərin məmurlarının peşəkarlığından və dürüstlüyündən və öz funksiyalarını şəffaf, həssas və hesabatlı şəkildə yerinə yetirə bilmələrindən asılıdır. Korrupsiya riskləri təməl xidmətlərə, davamlı şəhərlərə və yerli inkişafa təhlükə yaradır.

Korrupsiyadan Azad Şəhərlər konsepsiyası eyni zamanda, yerli səviyyədə qərarların birtərəfli qaydada yuxarıdan verilməsi qaydasında yox, məhz ictimai liderlərin, menecerlərin və mütəxəssislərin, eləcə də digər maraqlı tərəflərin, yaxından iştirakını təmin etməklə, rəyləri öyrənilməklə, korrupsiyanı doğura biləcək amillərin analizinə əsaslanan diaqnoz və həll yollarının tapılmasını nəzərdə tutur.  Yeni texnologiyalardakı irəliləyişlər xidmətlərin yaxşılaşdırılması və yerli hökumət və icma səviyyəsində iştirakçılıq və tərəfdaşlığın təşviqi üçün mümkün problemlərin həlli istiqamətində yeni yollar açmağa imkan verir.

Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının 13-cü maddəsində ictimaiyyətin iştirakı məsələri tənzimlənir. Xatırladaq ki, Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmaqla, Konvensiya müddəalarını uğurlu şəkildə öz qanunvericiliyinə inkorporasiya etmişdir.

Konvensiyanın sözügedən 13-cü maddəsində göstərilir ki, hər bir İştirakçı Dövlət,  dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətinin, qеyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım еtmək üçün, habеlə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xaraktеri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün, daxili qanunvеriciliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür.

Yuxarıdakı sadalan məqsədlərə nail olmaq üçün, burada Prezidnet İlham Əliyevin öncədən məmurlar arasında Şuşanın bərpası ilə bağlı hər hansı özbaşına addımların atılacağının qarşısının alması tam olaraq yerinə düşdü.

Konkret olaraq bizim halda, Şuşa şəhərində, cənab Prezidentin qeyd etdiyi məmurlar tərəfindən gələcəkdə mumkun neqativ hallarla mübarizə üçün ictimai nəzarət mexanizmləri necə qurulmalıdır?

Çox vacib sullardır. Şuşa şəhərinin bərpası zamanı və qayıdış prosesində vətəndaş iştirakçılılığının təmini vasitəsilə ictimai nəzarətin bərqərar olması vacibdir. Mövcud şərait və reallıqlara uyğun olaraq aşağıdakı yanaşma və prinsplər tətbiq edilməlidir:

a) qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;

b) əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habеlə dogma yurd yuvalarına qayıdacaq şəxslər də daxil olmaqla ictimai məlumatlandırmanın təşkili proqramlarının təşkil edilməsi;

c) korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc еtdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və müdafiə еdilməsi.

d) lazım gəldikdə, hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara vеrilməsi üçün imkan yaradılmalı və vətəndaşlar arasında təşviq edilməlidir.

Yerli səviyyədə, şəffaflığı və hesabatlılığı təşviq etmək üçün ortaya çıxan bir sıra yenilikçi ictimai nəzarət metodlarından istifadə məqsədə uyğundur ki, bunların arasında aşağıdakıları qeyd etmək lazımdır:

  • Yerli icra orqanlarında satınalma və ya xidmət təqdimetmə sistemlərindəki korrupsiya risklərini və imkanlarını azaltmaq üçün prosesləri maksimum sadələşdirərək, şəffaflıq və ən müasir xidmətləri  göstəriıməsini inkişaf etdirməklə;
  • Yerli icra orqanlarında daha dəqiq və ünvanlı ünsiyyət qurmağı və ictimai nəzarət fəaliyyətini təmin etmək üçün məlumatların dərc olunmasına və vizuallaşdırılmasına vətəndaş cəmiyyəti təsisatlarının köməyindən və məsləhtlərindən istifadə olunması;
  • Vətəndaşlarla və yerli icra orqanları arasında ünsiyyət qurma metodlarını  inkişaf etdirmək, habelə informasiya əldə etmək hüququnun təmini və vətəndaşlar  üçün əhəmiyyətli olan xidmətləri və məsələləri yaxşılaşdırmaq üçün daha birbaşa və asanlıqla vətəndaşlarla fikir mübadiləsi etmək üçün İKT, açıq məlumatlar və yenilikçi vasitələrdən istifadə etmək;
  • Vətəndaşların tələblərinə və şikayətlərinə cavab mexanizmlərini inkişaf etdirmək üçün daha effektiv mezanizmlərin tətbiq edilməsiməqsədilə vətəndaşlarla və vətəndaş cəmiyyəti təşkilatları ilə işin qurulması.

Yeri gəlmişkən, bu sahədə ASAN xidmət təcrübəsi əsas götürülməli və qayıdış prosesisinin ilkin mərhələsindən başlayaraq mütləq qaydada Şuşa ASAN xidmət mərkəzi yaradılmaldıır.

Əsas vacib məqam olaraq. hesab edirəm ki, həmçinin yeni reallıqlarla bağlıdır. Belə ki, bildiyimiz kimi, dirçəliş prosesinin hazırki mərhələsində, Prezidentin Şuşa rayonu üzrə təyin etdiyi Xüsusi Nümayəndənin yanında İctimai Şuranın yaradılması ideyası effektiv rol oynaya bilər.

  • Şuşada Xüsusi Nümayəndə yanında İctimai Şuranın yaradılması ilə bağlı indicə irəli sürdüyünüz ideyanı necə görürsüz?

Cari ilin 4 fevral tarixində Prezidnet İlham Əliyev öz Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq etmişdir.

Əsasnaməyə əsasən, xüsusi nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidə xüsusi nümayəndəsi rəhbərlik edir.

Xüsusi nümayəndənin əsas fəaliyyət istiqamətləri, müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etməkdir.

Həmin əsasnaməyə əsasən Xüsusi Nümayəndəyə vəzifələrlə yanaşı, həmçinin geniş hüquqlar verilir. Bu siyahıda xüsusi olaraq bir bəndə xüsusi toxunmaq istərdim. Xüsusi nümayəndə digər fəaliyyətləri ilə yanaşı təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlaması hüququna malikdir. Bu işin aparılması üçün Xüsusi nümayəndə  təbiii ki, müxtəlif ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edə bilər.

Məhz bu kimi məsələlərdə Şuşa rayonu üzrə Xüsusi nümayəndə yanında İctimai Şura yaradılarsa, effektiv ictimai nəzarət mexanizmi qurula bilər. Şuranın fəaliyyəti mövcud reallıqları nəzərə alaraq, şəhərdə bərpa və yenidənqurma işlərinin yeni başlanmasını və Şuşa şəhərində mövcud infrasturkturun tam olmaması səbəbindən, öz fəaliyyətini əsas etibarilə onlayn qaydada həyata keçirə bilər. Burada əlavə maliyyə vəsaitinə də ehtiyac yoxdur. İctimai Şuranın üzvləri isə əsas etibarilə cəmiyyətdə nüfuza malik Şuşalı ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, qeyri-hökümət təşkilatları rəhbərləri, ictimai xadimlər, media nümayəndələri, biznes struktur nümayəndələrinin olması məqsədəmüvafiq olar.

Burada əsas məqsəd həm vətəndaş cəmiyyəti nümayəndələrinin, xüsusilə də analitik mərkəzlərin prosesdə iştirakçılılığının təmin etməklə, prosesə alternativ baxışların əldə olunması və bundan səmərəli şəkildə yararlanaraq Əsasnamədə nəzərədə tutulduğu qaydada Xüsusi Nümayəndə tərəfindən aidiyyatı üzrə təklif və tövsiyyələrin verilməsidir.

Sözügedən İctimai Şuranın həyata keçirə biləcəyi hansı konkret işlər ola bilər?

– Şuşa rayonunda bərpa və yenidənqurma işləri ilə əlaqədar Şuşadan məcburi köçkün düşmüş ailələr və şəxslər arasında ictimai məsləhətləşmələrin keçirilməsi, rəylərin öyrənilməsi, sorğuların keçirilməsi və onun nəticələri barədə Xüsusi Nümayəndəyə hesabat (təkliflərlə birgə) vermək;

– Şuşa rayonunda müxtəlif sahələr üzrə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;

– Şuşaya qayıdış mexanizmlərinin tətbiqi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində təkliflər vermək;

– Şuşa rayonu üzrə Xüsusi Nümayəndənin müəyyən etdiyi ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və Xüsusi Nümayəndəyə təqdim etmək;

– açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;

– Şuşa rayonunun bərpa və yenidənqurması və qayıdış prosesi zamanı qəbul olnuması vacib sayılacaq hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;

– Şuşa rayonunun bərpası və yenidənqurması işinə töhvə vermək, qayıdış prosesinə dəstək vermək məqsədilə, Xüsusi Nümayəndənin təklifi ilə vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək;

– Vətəndaşların Şuşa rayonunun bərpası və yenidənqurması və qayıdışın həyata keçirilməsi sahəsində atılan addımlar, həyata keçirilən proseslər, görülən işlər, planlaşdırılan fəaliyyətlər barədə QHT və media qurumları arasında əməkdaşlıq şəraitində məlumatlandırıcı və izahedici işlərin görülməsini təşkili və bu sahədə, müxtəlif kommunikasiya kanalları, xüsusilə social media vasitələrinin imkanlarından geniş istifadəsi. Yuxarıda sadalanan təkliflərin həyata keçirilməsi istiqamətində mən və rəhbəri olduğum “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi olaraq hər zaman öz töhvəmizi verməyə hazırıq.

ShushaNews