Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Laçın rayonunda üçrəngli Azərbaycan bayrağını qaldırıb. 

Bunu əks etdirən görüntünü Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb. 

“Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır”.

Demokrat.az xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bura da Zəngilan şəhəridir. Biz artıq burda olmuşuq. Yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdı. Bir neçə ev qalmışdı. Burda onların hərbi hissəsi yerləşirdi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn, burada qanunsuz yaşayan ermənilər. Mənfur düşmən Zəngilanı bu günə qoyub.

Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim ediləcək, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı mən ucaltdım burada”, – deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Demokrat.az xəbər verir ki, birinci xanım Mehriban Əliyeva özünün instaqram hesabında səfərlə bağlı bunları paylaşıb:

“Əziz həmvətənlər!

İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram”.

“Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağaclarını əkdik. Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdı, 100-dən çox hektar sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu”. 

Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Zəngilan rayonunun ərazisindən keçərkən bildirib.

“Zəngilan rayonunda Birinci Ağali kənd layihəsi icra ediləcək. Bu gün layihəyə start verilib. Artıq ilkin araşdırmalar aparılıb. Birinci bərpa ediləcək kənd bu kənddir”, – deyə Prezident bildirib. 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.