Təhsil Naziri Emin Əmrullayev UNİCEF və BQXK rəhbərləri ilə dağıdılmış məktəblərdə olublar

ShushaNews xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev Facebook sosial şəbəkəsində paylaşdığı məlumata əsasən 12 fevral tarixində Gəncə və Tərtər şəhərlərində UNICEF-in Azərbaycan nümayəndəliklərinin rəhbəri Edvard Karvardin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağıdılmış məktəbləri ziyarət ediblər.

Təhsil naziri Emin Əmrullayev etdiyi paylaşımda bu mühüm səfəri aşağıdakı kimi xarakterizə etmişdir:

“Bu gün Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət etdik. Xarici tərəfdaşlar dağıdılmış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi oldular. Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq. Qalib vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir.”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s