Sahib Məmmədov: “Qarabağda torpaq islahatları aparılmayıb”

ShushaNews xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları və eləcə də Konstitutsiyanın digər maddələrinə müvafiq olaraq bələdiyyələr formalaşdırılacaq: “Yerlərdə idarəetməni bu orqanlar öz kompitensiyaları daxilində yerinə yetirəcəklər. Amma indi orada əhali, məskunlaşma, infrastruktur olmadığı üçün həmin qurumlar əvvəlki qaydada məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları yerlərdə fəaliyyətlərini davam etdirirlər. Bu ərazilərdə isə müvəqqəti idaretmə strukturları yaradılıb ki, bu strukturlar Prezidentin də öz çıxışı zamanı vurğuladığı məsələləri həll etsin. Məlumdur ki, daha əvvəl Prezident həmin ərazilərdə komendantlıqların yaradılması barədə sərəncam vermişdi. Komendantlıq da orada hərbi qənimət kimi ələ keçirilən avadanlıqların, silah-sursatın invertizasiyasını və digər məsələləri həll etməli idi. Müvəqətti idarəetmə strukturunun da əsas missiyası odur ki, bundan sonra orada hər hansı fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı Prezidentlə, administrasiya ilə mütəmadi əlaqə saxlanılsın və bir növ koordinasiya funksiyasını həyata keçirsin”.

Sahib Məmmədov bildirib ki, bu məsələdə Prezidentin xəbərdarlığı öz rolunu oynamalıdır: “Burada təkcə Şuşa şəhərindən söhbət getmir. Orada torpaq islahatları həyata keçirilməyib. Məlumdur ki, Azərbaycanda 90-cı illərdə torpaq islahatları həyata keçirilib, kolxoz və sovxozların istifadəsində olan torpaqlar pay şəklində bölüşdürülüb. Bu islahatlar həmin dövr üçün uyğun olsa da, indi uyğun olmaya bilər. Hər halda orada torpaq islahatları həyata keçirilməlidir və bu islahat həyata keçirilənə qədər imkan vermək olmaz ki, kim istəyir gedib orda 100, 500 hektar torpaq alıb çəpərləsin. Ona görə də bu məsələlər tənzimlənməlidir. Əhali məskunlaşandan, insanların torpaq üzərində mülkiyyət hüququ yaranandan sonra torpaqların mülki qanunvericiliyə uyğun olaraq alınıb-satılması baş verə bilər. Əgər qarşısı indidən alınmasa dövlətə, bələdiyyələrə, meşə fonduna məxsus olan torpaqların mənimsənilməsi baş verə bilər”.
Xatirə Nəsirli
Cebhe.info

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s