“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi UNESCO-ya müraciət etdi

ShushaNews xəbər saytının verdiyi məlumata əsasən, bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Şuşadan qanunsuz olaraq çıxarılan xalçaların Ermənistanda sərgidə nümayiş etdirilməsi ilə bağlı UNESCO təşkilatına müraciət ünvanlamışdır. Müraciətdə deyilir ki, Ermənistan dövləti 1 noyabr 2020-ci il tarixdə Şuşa Xalça Muzeyindən qanunsuz olaraq götürülmüş xalçaların İrəvan şəhərində Aleksandr Tamanyan Milli Muzey-Memarlıq İnstitutunda sərgisini təşkil edəcəkdir.

“Artsax” xalçaları kimi nümayiş etdiriləcək xalçalar bildiyimiz kimi, əslində Azərbaycanın Qarabağ milli irsinin nümunələridir. Bu sərgi Ermənistan rəhbərliyi tərəfindən Azərbaycana qarşı həyata keçirilən mədəni soyqırımının bir daha sübutudur.

Xalçalar, digər sənət əsərləri kimi mədəni mülkiyyət obyektləridir və beynəlxalq humanitar hüquqla xüsusi qorunma hüququna malikdirlər.

Ermənistan, bu cür təşəbbüs etməklə, UNESCO-nun 1954-cü il tarixli Silahlı Münaqişələr və Mədəni İrsin saxtalaşdırılmasına qarşı çıxan Silahlı Münaqişələr zamanı Mədəni Sərvətlərin Qorunması haqqında Konvensiyanın və onun Birinci və İkinci Protokollarının üzvüdür. Ermənistan bu təşəbbüslə mədəni sərvətlərin qanunsuz idxalının, ixracının və mülkiyyətinin daşınmasını qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyasını da açıq aşkar pozmuşdır.

Bununla birlikdə, Ermənistan, həm də Quru Üzərində Müharibə Qanunlarına və Adətlərinə dair 1907 Konvensiyasında nəzərdə tutulmuş müharibə qaydaları kimi ənənəvi humanitar hüquq qaydalarını pozmaqla, həmin Konvensiyaya görə, din, təhsil, incəsənət və elm qurumlarına məxsus əmlak, tarixi abidələrin, sənət və elm əsərlərinin ələ keçirilməsi qadağandır və məhkəmə araşdırmasına səbəb olmalıdır. Ermənistanın Azərbaycan mədəni irsi olan xalçalarını qanunsuz ələ keçirdiyinə görə  beynəlxalq hüquqi məsuliyyət daşıyır.

1992-1994-cü illərdə 1-ci Qarabağ münaqişəsi zamanı, işğala məruz qalmış əhalinin şəxsi əmlakları talanmaqla, o cümlədən də xalçalar, Ermənistan ordusu tərəfindən hərbi soyğunçuluq yolu ilə ələ keçirilərək ölkədən çıxarılmışdır. Hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq törətməklə Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayəti törətmişdir.

Bu baxımdan qeyd etmək lazımdır ki, Dördüncü Cenevrə Konvensiyasının 27-ci maddəsinə əsasən, bu konvensiya ilə ilə qorunan şəxslərin, şərəfləri, ailə hüquqları, dini etiqadlarına, onların davranış və adətlərinə hörmət edilməsi hüququ vardır. Bu Konvensiyada sırf Mədəniyyət termini xüsusi olaraq göstərilməsə də, davranış və adətlərə hörmət edilməsi tələbi mədəniyyət hüquqları baxımından vacib bir anlayış olaraq qalır. Ermənistan bu baxımdan Cenevrə Konvensiyasını da pozmuş sayılır və buna görə hüquqi məsluyyət daşıyır. Müraciətin sonunda UNESCO-dan tələb olunur ki, Ermənistan barədə mandatı çərçivəsində Ermənistana qarşı müvafiq tədbirlər görsün.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s