Şuşada məktəbin təməli Azərbaycan və Türkiyə Prezidentləri, MHP liderinin iştirakı ilə qoyulacaq

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada inşa ediləcək məktəblə bağlı Azərbaycana gedən üç nəfərlik heyət geri dönüb. Heyətin Azərbaycana səfəri 6 gün davam edib. Onlar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, məktəbin inşası layihəsində “Azadlıq çiçəyi” olan Xarıbülbül, Azərbaycan himnini bəstələyən Üzeyir Hacıbəyli, Osmanlı və Səlcuq dövlətlərinin motivləri də yer alacaq.

Layihənin memarı Yusif Ziya Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer bəlli olmasa da, Prezident İlham Əliyev ilə görüş zamanı Şuşada bunun üçün xüsusi yerin ayrılacağı qeyd edilib.

“Prezidentlə görüşümüz 1 saatdan artıq oldu. İlham Əliyev həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həm də Dövlət Baxçalıya təşəkkür etdi. Prezident bildirdi ki, Şuşaya qardaş Ərdoğanla birlikdə gedəcəklər. Şuşa yolu tam təhvil verildikdən və hazırlıqlar bitdikdən sonra Şuşada məktəbin təməli Azərbaycan və Türkiyə Prezidentləri, MHP lideri Dövlət Baxçalının iştirakı ilə qoyulacaq”, – deyə türkiyəli memar vurğulayıb.

Y.Z.Günaydın, həmçinin qeyd edib ki, məktəbin zirvəsində Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s