Şuşada erməni vandalizminə məruz qalmış Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpasına başlanılıb.Bu barədə Azvision.az -a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov bildirib.

Onun sözlərinə görə, məqbərənin təmiri iyul ayına qədər başa çatdırılacaq: “İyul ayında Vaqif poeziya günlərinin yenidən keçirilməsi nəzərdə tutulub. Buna görə də məqbərənin bərpa edilməsi ilə bağlı qızğın işlər gedir”.

Şöbə müdiri qeyd edib ki, Şuşada olan 378 tarixi memarlıq abidəsindən 52-si qismən, digərləri tamamilə dağıdılıb.

“Üzeyir Hacıbəyovun və Xan Şuşinskinin evlərinin ancaq bünövrəsi qalıb. Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Mir Mövsüm Nəvvabın evini düzəngaha çeviriblər. Xan qızı Natəvanın mülkindən ancaq divar salamat qalıb”.