Şuşada erməni yox, rus pravoslav kilsəsi olub

Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə yaydıqları dezinformasiyalarhaqlı olaraq Azərbaycan cəmiyyətinin narahatlığına səbəb olur.
Belə bir şaiə yayırlar ki guya Şuşa şəhərindəki qazançılar adlandırılan kilsə1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilmişdir. O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı əslində ermənilərin Cənubi Qafqaza gəlişi, I Pyotrun 1724-cü ilin noyabrın 10-da rəsmiləşdirilrən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar. Bu onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu vəya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir.
Təxribat xarakterli bu cür məlumatlar adi görünsə də, əslində Ermənistan Azərbaycanı planlı şəkildə vandalizm aktı törətməkdə suçlamağa çalışır. Bu baxımdan biz ermənilərin bu kimi ittihamınna qarşı səssiz qala bilmərik. Odur ki bu məlumatı araşdırmağa qərar verdik. Araşdırma zamanı məlum oldu ki Şuşa şəhərində Keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.

Şuşada rus provaslav kilsəsinin yaranma tarixi.

1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan Çar hökuməti digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdı. O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə kilsənin yaradılmasına ehtiyac var idi. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı.

Lakin zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən, təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı və sonrakı dövrlərdə daha iki kilsə inşa edildi. Zaman keçdikcə kilsələr də tərəqqiyə uyğun xarici görkəmi dəyişdirilirdi.

Sonrakı illərdə kilsə forma etibarı ilə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarı ilə rus provasval kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlamışdır. Beləki kilsənin mərkəzi hissəsindəki qübbə sökülərək bir neçə metr hündürləşdirildi. Formalardakı fərq müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqoryan kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür.

Qazançı adlandırılan rus provaslav kilsəsi

Qarabağda erməni kilsəsinin fəaliyyəti, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bu fakt göstərir ki Şuşada erməni Qriqoryan kilsəsininfəaliyyəti 1722-ci ildən deyil, 1989-cu ildən başlayır.
Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. SSRİ Hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalmışdı.
Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmağa başladı. Bu da nəticə etibarı ilə Azərbaycanın 20% torpaqlarının Ermənistan Silahlı qüvvələrinin işğalı altına düşməsinə səbəb oldu.

Ermənistan hökuməti, işğal etdiyi Azərbaycan ərazilərindəki xristian dövrü memarlıq abidələrini mənimsəməklə, bu torpaqları Ermənistana birləşdirib Böyük Ermənistan Dövləti yaratmaq üçün çalışırdılar. Məhz bu səbəbdən də ermənilər bütün işğal altında saxladıqları ərazilərdəki kilsə və monastırların xarici görkəmini dəyişdirib erməni Qriqoryan kilsələrinə çevirirdilər. Ermənilərin bu fəaliyyəti Şuşadakı rus provaslav kilsələrindən də yan keçmədi.

Son 28 ildə Ermənistanın İşğalıAltında qalan Azərbaycan ərazilərinin erməniləşdirilməsi Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edirdi.Tarixi baxımdan nə Dağlıq Qarabağda nə də Şuşa şəhərində heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rst gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 80-90-cı illərində rast gəlinir.


Faiq İsmayılov
Beynəlxalq Memarlar Akademitası Moskva şöbəsinin professoru.

Mənbə: AzPress.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s