Xocalı soyqırımı xarici mediada

Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və  ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Lakin burada əsas məqamlardan biri də Ermənistanın törətdiyi bu cinayətlərin xarici mediada işıqlandıırlmasıdır. Aşağıda Xocalı soqırımı barədə xarici ölkə media resurslarında məlumatlar barədə tanış ola bilərsiniz:

ABŞ mətbuatında

Xocalı soyqırımını ümumiyyətlə, ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsini diqqətdə saxlayan qəzetlər arasında “Washington Post“, “The New York Times“, “Boston Globe“, “Wall Street Journal“, “Sunday Times“, “Chicago Tribune” qəzetləri , “Associated Press” informasiya agentlikləri, “Time” mühüm yer tutub.[76][77]

Amerikalı jurnalist, Tomas Qoltzun 1992-ci il fevralın 27-də “Washington Post” qəzetində yayımlanan məqaləsi Amerika ictimaiyyətinə Xocalıda törədilmiş qətliam haqqında məlumat verdi. Bununla kifayətlənməyən jurnalist o gecəki qırğından güc-bəla ilə canlarını qurtarıb, Ağdama pənah gətirən bir sıra insanlarla görüşüb, onlardan əsl həqiqəti öyrənmişdi. “Vaşinqton Post”da yayımlanan məqalədə (28 fevral 1992-ci il) Tomas Qoltz yazır:

"…Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin (Ağdam nəzərdə tutulur—müəllif) baş məscidindən bildirildiyinə görə, erməni silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycan şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər…Ağdam məscidinin nümayəndəsi Səid Muan oğlu Sadıxov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsi qurbanının adını qeydiyyatdan keçirmişlər. Azərbaycanın paytaxtı-Bakı rəsmiləri isə Xocalıya hücum zamanı 100-ə qədər ölüm olduğunu müəyyənləşdirdikləri halda, Ermənistanın paytaxtı Yerevandakı erməni rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldüyünü iddia edirlər….[76]Tomas Qoltz"

Tomas Qoltz “Azərbaycan gündəliyi” adlı əsərində, jurnalistin Ağdamda Xocalı soyqırımı qurbanlarını işıqlandırarkən həmkarlarının keçirdiyi hissləri təsvir edən sətirləri qeyd edir:

"…Reutersin müxbiri Elif Kaban heyrət içində qalmışdı. Fotoqraf Oleq Litvin elə təsirlənmişdi ki, mən onu cəsədlər, məzarlar və dırnaqları ilə üzlərini cıran, fəryad edən qadınlara doğru itələyəndən sonra şəkil çəkməyə nail oldu.[76]Tomas Qoltz"

“The Washington Times” qəzetinin 2 mart 1992-ci il tarixli məqaləsində baş vermiş qətliam bu cür təsvir edilir:

"…Təxminən Xocalının on min nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi…[76]"

Soyqırımı baş verdikdən bir neçə gün ərzində meşədə qətlə yetirilmiş meyitlərin toplanması üçün helikopterlə azərbaycanlı yetkililərlə yanaşı, əcnəbi jurnalistlər də hadisə yerinə səfər etmişlər.[76] “The New-York Times” qəzetinin 1992-ci il 3 mart tarixli nömrəsində həmin səfər barədə yazılıb:

"Helikopterlə qısa müddətə də olsa, bölgəyə uçmuş Azərbaycan yetkililəri və jurnalistlər üç ölmüş və baş dəriləri soyulmuş uşağın cəsədini gətirdilər. Onlar dedilər ki, ermənilərin helikopterə atəş açmaları daha çox cəsədin toplanmasına imkan vermədi.[76]

Böyük Britaniya mətbuatında

Böyük BritaniyadaReuters agentliyi, “The Times” qəzeti, “Sunday Times” qəzeti, “The Guardian” qəzeti, BBC kanalı və digər media orqanları Xocalı soyqırımı barədə məlumat vermişlər. Bir çox əcnəbi jurnalistlə birgə Dağlıq Qarabağa səfər edən “Times” qəzetinin müxbiri Anatol Lieven öz ölkəsinə döndükdən sonra gördüyü mənzərəni bu cür qələmə alır:

"Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, qaçqınlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışdılar…Mülki vertolyot 4 cəsədi götürdü və bu zaman azərbaycanlı kinooperator təpələrdəki onlarca meyiti lentə aldı. Ağdamdakı aerodromda mülki vertolyotun topladığı cəsədlərə nəzər saldıq. İki yaşlı kişi və bir balaca qızın bədəni qanla örtülmüş və aşağı ətrafları isə soyuqdan və ağır şəraitdən bükülmüşdü. Onlar güllələnmişdilər.[76]Anatol Lieven"

1992-ci il 3 martda, BBC televiziya kanalı səhər xəbərlərində qətliam barədə məlumat vermiş, qətlə yetirilmiş insanların cəsədlərini əks etdirən kadrlar nümayiş etdirmişdi:

"Dağlardan toplanmış insan cəsədlərinin yaratdığı mənzərə çox dəhşətli idi. Müxbirin dediyinə görə, operator və Qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaqlardan ibarət insan cəsədi görmüşlər. Onlar 1 metr məsafədən başlarından güllə ilə vurulmaqdan həlak olublar.[76]"

1992-ci il fevralın 29-da, “The Independent” qəzetinin əməkdaşı Helen Vomak yazır:

"“Reuters” xəbər agentliyinin Ağdamdakı müxbiri Elif Koban çərşənbə günü baş verən soyqırımından sonra azərbaycanlıların məskunlaşdığı ikinci ən böyük şəhər olan Xocalının ermənilər tərəfindən qarət edildiyi zaman, azərbaycanlıların öldürülən onlarca insanı dəfn etmələri xəbərini verdi: “Dünya orada baş verən hadisələrə arxa çevirirdi. Biz ölürük və siz də sadəcə bunu izləyirsiniz” – deyə yas saxlayan şəxs bir qrup jurnalistə qışqırdı.[76]Helen Vomak"

Fransa mətbuatında

1992-ci il 14 martda, Fransa mediasında özünəməxsus yeri olan “Le Monde” qəzeti isə baş vermiş qətliama bu cür qiymət verirdi:

"Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu ”Azərbaycanın təbliğatı” deyil, reallıqdır.” Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet şahidi olduğu mənzərədən təsirlənərək, həmin illərdə gördüklərini bu cür dilə gətirmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük… Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular…[76]"

Türkiyə mətbuatında

Azərbaycanın informasiya blokadasında olduğu çətin illərdə Xocalı soyqırımı ilə bağlı məlumatların Türkiyə ictimaiyyətinə çatdırılması önəmli idi.[76] İlk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu “Milliyyət” qəzetinə ötürdü.[76] Türkiyənin nüfuzlu qəzetinin martın 4-ünə olan manşeti bütövlükdə Xocalı soyqırımına həsr edilmişdi.[76] “Qarabağda soyqırımı gördüm” adlı geniş yazıda soyqırımdan canlarını güclə xilas edən şahidlərin dili ilə faciəni Türkiyə ictimaiyyətinə geniş şəkildə çatdırmışdı.[76]

Rusiya mətbuatında

Xocalı qırğını Rusiya mediasının da diqqət mərkəzində idi. 1992-ci il 12 iyunda, Rusiyanın “Svoboda” qəzeti faciəni törədənlərə haqq qazandırıla bilməz” başlıqlı məqalədə Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birəşmələr tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatına geniş yer ayırmışdı. Hesabatda Xocalının işğalı zamanı törədilən insanların kütləvi hüquq pozuntularından, mülki əhaliyə verilmiş işgəncələrdən söhbət açılır:

"Qaçqınlar ermənilərin qurduğu tələyə düşüb və o andaca atəşə tutulub. Buna baxmayaraq bəziləri Ağdama çatmağa müvəffəq olmuş, əsasən qadın və uşaqlar (dəqiq sayını demək qeyri-mümkündür) dağlarda azdıqları üçün soyuqdan donaraq, həlak olmuşlar, Ağdama çatanlardan alınan məlumata görə isə bəziləri də Pircamal və Naxçivanik kəndləri yaxınlığında girov götürülmüşlər. Dəyişdirilən Xocalı sakinlərinin ifadəsinə görə, onlardan bəziləri öldürülüb. Dörd gün ərzində təxminən 200 cəsəd Ağdama gətirilib. Cəsədlərdə edilən hörmətsizliyin izləri vardı…[76]"

Rus jurnalisti və fotoqrafı Viktoriya İvlevanın fotoobyektivinə şəhərin tərk edilmiş küçələrində qalmış meyitləri əks etdirir. Jurnalist Qarabağ müharibəsi ilə bağlı yazdığı məqaləsində, Xocalıda dörd övladı ilə girov düşmüş qadının taleyini qeyd edir.[76] Xocalı soyqırımını “Komsomolskaya pravda“, “Trud“, “Pravda” qəzetləri və Moskvanın “Pasport” jurnalı işıqlandırıb.[77]

Digər ölkələrin mətbuatında

Xocalı soyqırımını digər ölkələrin mətbuatı da işıqlandırıb. Faciədən az sonra, İrlandiyanın “The Irish Times“, Avstraliyanın “The Age” qəzetləri faciə haqqında məqalələr yazmışdır.[77]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s