Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlər təyin edildi

Vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırılır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və bununla əlaqədar olaraq onların qeydiyyatı elan olunur. Elanın qüvvədə olma müddəti 4 aprel 2021-ci il, saat 18:00-dəkdir. Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud beimxd@qachqinkom.gov.az elektron ünvanına göndərilməlidir.

Qeyd olunmalıdır ki, hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Namizəd təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun müraciəti əsasında irəli sürülür. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

  1. şəxsiyyət vəsiqəsinin surəti;
  2. namizədin tərcümeyi-halı;
  3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən arayış (vətəndaş cəmiyyəti üzvü olmayana aid deyil).

Səsvermə 7 aprel 10:00 – 16:00-da davam edəcək. Qeydiyyat üçün Vətəndaş Cəmiyyəti İnstitutları səsvermədə təmsilçisi barədə məlumatları (şəxsiyyət vəsiqəsinin surəti və hansı vətəndaş cəmiyyətini təmsil etməsi haqqında məlumat) seçki gününə 10 gün qalanadək (28 mart 2021-ci il saat 18:00) Seçki Komissiyasına təqdim etməlidirlər.

Seçki ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq Sektoruna müraciət edilə bilər.

Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.

Əlaqə:  012 530-82-37; beimxd@qachqinkom.gov.az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s