Qarabağda cəmi 20 min erməni yaşayır – BMT QAK Rusiya sülhməramlılarının yalanını ifşa etdi

KONKRET.az xəbər verir ki, dünən Rusiya mətbuatında BMT Qaçqınlar üzrə Ali Baş Komissarlığına (BMTQAK) istinadən məlumat yayıldı ki, 22 yanvar 2021-ci il tarixədək Qarabağa cəmi-cümlətanı 20 min erməni qayıdıb. Məlumat BMT-nin Ermənistandakı müvafiq qurumlara sifariş etdiyi araşdırma hesabına təsdiqlənib. Araşdırmada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, son 6 ayda Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlmişdir. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Qarabağa qayıdıb. Aparılan sorğu nəticəsində məlum olub ki, qaçqın ermənilərinin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmürlər.

Məlumatda daha sonra deyilir: “Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan bir çox Qarabağ ermənisi indi çətin vəziyyətdədir. BMT-nin sifarişi ilə 22 yanvar 2021-ci il tarixli bir araşdırmaya görə, “qaçqın” vəziyyətinə düşən erməni ailələrinin 85 %-dən çoxu indiki halda Qarabağa qayıtmaq istəmir. Qalan 15% -nə gəldikdə isə onlar Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

ShushaNews oxucuların nəzərinə BMTQAK-ın 26 yanvar 2021-ci olan vəziyyətlə bağlı rəsmi rəqəmləri çatdırır. Qrafikdən görünür ki, Rusiya sülhməramlılarının verdiyi rəqəmlərlə xeyli şişirdilib.

Konkret.az-da verilən yazıya əsasən, Yuxarı Qarabağa qayıdan ermənilərin sayı süni şəkildə və sürətlə artırıldı. Ona görə ki, Qarabağdakı ermənilərin sosial problemlərinin həllini Rusiya Federasiyası öz üzərinə götürmüşdü. Amma Rusiya Qarabağa qayıdan ermənilərin sayını sürətlə şişirtməklə beynəlxalq humanitar təşkilatlardan daha çox yardım almaq istəyirmiş.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s