“Ağdam beynəlxalq hüquq və müharibə qanunlarının bitdiyi yerdir”- Ramil İskəndərli

QHT rəhbərləri və jurnalistlər Ağdamda səfərdə olublar.

ShushaNews xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, QHT rəhbərləri, jurnalistlər, blogerlər və ictimai fəalların Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Ağdam rayonun işğaldan azad edilmiş ərazilərinə səfər təşkil olunmuşdur. Səfər çərçivəsində iştirakçılar Ağdam rayonu ərazisində ermənilərin hərbi istehkamları və minalardan təmizlənmiş sahələr ilə tanış olmuş, Ağdam şəhərinin vəziyyəti ilə tanış olarkən Uzundərədə İİ Şəhidlər xiyabanı, Ağdam şəhərinin girşində partladılmış avtovağzal, Ağdam Cümə məscidi, Mərkəzi meydan, Dram Teatrı, İcra Hakimiyyəti binası, Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionu, Çörək muzeyi, Qarağacı qəbiristanlğı, Milli qəhrəman Allahverdi Bağırovun məzarı, və “Şahbulaq” qalasını ziyarət etmişlər.

Səfərdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli də iştirak etmişdir. Səfərdən sonra Ramil İskəndərli “ShushaNews” saytı vasitəsilə öz fikirlərini bölüşərkən qeyd etmişdir ki, “Ağdam şəhəri – beynəlxalq hüquq və müharibə qanunlarının bitdiyi bir yerdir…”

Ramil İskəndərli bildirir ki, Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, inzibati və şəxsi infrastruktur, binalar, evlər, qarət edilib, bəziləri isə təhqir edilib və erməniləşdirilib. Ermənilər 1992-1994-cü illərdə 1-ci Qarabağ münaqişəsi zamanı, işğala məruz qalmış əhalinin şəxsi əmlakları talanmaqla, Ermənistan ordusu tərəfindən hərbi soyğunçuluq yolu ilə ələ keçirilərək ölkədən çıxarılmışdır. Hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq törətməklə Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayəti törətmişdir. 44 günlük vətən müharibəsinədək ermənilər 30-ilə yaxın müddətdə Ağdamada nə mümkün idisə, söküb daşıyıb aparıblar.

Nürnberq Beynəlxalq hərbi Tribunalı Nizamnaməsinin 6-cı maddəsində müharibə cinayətləri öz əksini tapmış və onun tərkibini yaradan əməllər konkret göstərilmişdir. Nizamnaməyə görə aşağıdakı müharibə cinayətləri qeyd edilmişdir:

• müharibə cinayətləri – müharibə qanun və ya adətlərini pozmaq, bu pozuntularla işğal olunmuş ərazinin mülki əhalisini öldürmək, işgəncə vermək…. ictimai və ya şəxsi əmlakı talamaq, şəhər və kəndləri mənasız dağıtmaq, hərbi zərurətlə əlaqədar olmayan talançılıq və başqa cinayətlər.

Bu baxımdan beynəlxalq məhkəmə tədrübəsi də Ermənistanın Ağdamda müharibə cinayətləri törətdiyini sübut edir.

Bununla birlikdə, Ermənistan, həm də Quru Üzərində Müharibə Qanunlarına və Adətlərinə dair 1907 Haaqa Konvensiyasında nəzərdə tutulmuş müharibə qaydaları kimi ənənəvi humanitar hüquq qaydalarını pozmuşdur.

Mülki əhalinin qorunması ilə bağlı olan Dördüncü Cenevrə Konvensiyasına əsasən, bu konvensiya ilə mülki əhalinin şəxsi əmlakının qorunması, şəxslərin şərəflərinin, ailə hüquqları, dini etiqadlarına, onların davranış və adətlərinə hörmət edilməsi hüququ vardır. Bu Konvensiyada davranış və adətlərə hörmət edilməsi tələbi mədəniyyət hüquqları da baxımından vacib bir anlayışdır. Ağdamda heç bir şəxsi əmlak, sağ-salamat tarixi və mədəni abidə qalmamışdır Ermənistan bu baxımdan Cenevrə Konvensiyasını da pozmuş sayılır və buna görə hüquqi məsluyyət daşıyır.

Ramil İskəndərli Ağdam Cümə Məscidini də ziyarət etdişdir. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. O qeyd etmişdir ki, beynəlxalq hüquqi sənədlərlə yanaşı, İslam ölkələrinin İslam Əməkdaşlıq Təşkilatının 1990-ci ildə qəbul etdiyi “İslamda insan hüquqarı bəyannaməsi”ni də hökmən qeyd etmək lazımdır. İslam dünyası unutmamalıdır ki, Ermənistan müharibə cnayətlərini törətməklə yanaşı İslam insan hüquqları dəyərlərini də, Məsciddə vandalizm, təhqir hərəkətləri, donuz və mal-qara saxlamaqla hörmətsizlik nümayiş etdirmiş və İslam dünyasının vahid insan hüquq normalarını özündə əks etdirən “İslamda İnsan Hüquqları” Qahirə bəyənnaməsini də kobudca pozmuşdur. Bundan sonra, hər hansı bir İslam ölkəsinin islamda insan hüquqları norma və dəyərlərini pozan Ermənistanla əməkdaşlığı həm mənəvi, həm də hüquqi çərçivəyə sığımır. Bəyannamənin 3-cü maddəsində qeyd olunur ki, hər üzv ölkəyə zor tətbiq edildiyi təqdirdə və vəziyyət silahlı qarşıdurmaya gətirib çıxarırsa, heç bir şəxsin, xüsusilə, yaşlı kişilər, qadınlar kimi döyüşməyənlər və uşaqların öldürülməsinə icazə verilmir. Həmin Bıyannamənin 18-ci maddəsində isə hər kəsin yaşamaq hüququ vardır və özünün, dininin, şərəfinin və əmlakının toxunulmazlıq hüququ vardır.

Ermənistan unutmamalıdır ki, dünya tarixində bir çox hərbi-siyasi rəhbərlər Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyi kimi soyqırımlara və mülki şəxslərə qarşı qeyri-insani hərəkətlərə yol vermiş, lakin tez ya gec həmin rəhbərlər Nürnberqdə, Haaqada və ya digər məhkəmələrdə layiqli cəzalarını almışlar.

ShushaNews

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s