Prezident Şuşada səfərdə olub

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu gün Şuşa şəhərində səfərdə olub. 

“Bakıya qayıtmalıyıq. Yenə də Şuşadan ayrılmaq istəmirik. Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn insan buradan getmək istəmir. Hava da bu gün günəşlidir. Şuşaya hələlik deyirik.”

Bu sözləri Şuşa şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Qafqazinfo” xəbər verir ki, Prezident birinci xanım tərəfindən çəkilmiş görüntülərdə “Qarabağ” hoteli barədə məlumat verib.

“Qarabağ” hotelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə hotel faktiki olaraq fəaliyyət göstərməyib. Onun cəmisi bir neçə mərtəbəsi istifadə olunub. Hotel sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilib. Ona “Qarabağ” hoteli adı verilib.

Sonra mənfur düşmən bunun adını dəyişdirib “Shushi Palace” qoyub”, – İ.Əliyev bildirib.

Dövlət başçısı Şuşada tikilməsi və bərpa olunması nəzərdə tutulan hotellərdən söz açıb:

“Şuşa” sanatoriyasına da baxış keçirdik. Burada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada kiçik hotellərin yaradılması nəzərdə tutulur.

Nəzərə almalıyıq ki, Şuşaya böyük turist axını olacaq. Ona görə burada beş, dörd, üç ulduzlu hotellər olmalıdır. Buradan şəhərin ətrafında yerləşən gözəl dağlara mənzərə açılır. Amma görün, ermənilər burada bir bina da tikməyiblər.

Bəlkə də, bu binanı tikiblər, o da eybəcərdir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə ediblər, azərbaycanlıların evlərində yerləşiblər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “Xruşşovka”lardır.

Onlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir. Şuşada iki min insan yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi. Qalanı boş qalmışdı.

Ermənilər buranı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Erməni şəhəri idisə, əl gəzdirərdilər. Şuşa kimi mənzərəsi olan şəhəri bu günə salıblar.

Azərbaycanlıların evlərini dağıdıblar. Və hesab ediblər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Yüz faiz”.

Qeyd edək ki, dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində paylaşıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s