ABŞ-ın məşhur Associated Press xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramını işğaldan azad olunmuş Şuşada qeyd etməsi barədə xəbər yayıb. Bu xəbəri The Washington Post və bir sıra ABŞ və digər ölkələrin məhşur media orqanları paylaşıblar.
Xəbərdə deyilir ki, “Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü ötən payızda müharibə zamanı Azərbaycanın Ermənistan qoşunlarından azad etdiyi mədəniyyət baxımdan əhəmiyyətli şəhər olan Şuşada təntənəli şəkildə tonqal qalayaraq qeyd etdi. Əsrlər boyunca Azərbaycan mədəniyyətinin mərkəzi olmuş Şuşa Dağlıq Qarabağda separatçıların döyüş əməliyyatlarının gedişatında 1992-ci ildə Ermənistanın nəzarəti altına keçib. Şəhərin ötən ilin noyabr ayında Azərbaycan qoşunları tərəfindən geri qaytarılması həm rəmzi, həm də strateji baxımdan vacib idi, çünki Şuşa Xankəndinin inzibati mərkəzindən yüksəkdə yerləşir. Azərbaycan ötən il 6 həftəlik müharibənin gedişatında Ermənistan tərəfindən işğal altında olan Qarabağ və ətraf ərazilərin çox hissəsi üzərində nəzarəti bərpa etdi”, – məqalədə qeyd edilir. Yazıda eyni zamanda İlham Əliyevin xalqa bayram təbrikində dedikləri fikirlər yer alıb:
“Bu gün biz Novruzu qədim şəhərimiz Şuşada, Azərbaycanın mədəni paytaxtında qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.