Erməni terrorçular müharibə əsiri deyil

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi bu günlərdə beynəlxalq qeyri-hökümət təşkilatı sayılan Human Rights Watch təşkilatının erməni “əsir”ləri barədə anti-Azərbaycan xarakterli hesabatına etiraz olaraq, həmin təşkilata etiraz məktubu göndərmişdir.   Təşkilatın sədri Ramil İskəndərlinin  “Human Rights Watch” təşkilatının İcracı Direktoru Kennet Roza ünvanladığı məktubda aşğıdakılar qeyd olunmuşdur:

“Azərbaycanda fəaliyyət göstərən bir QHT olaraq, Human Rights Watch təşkilatının “əsir”lərlə bağlı məsələlərə münasibətdə balanslı və obyektiv yanaşmadan hesabatın hazırlanması ilə bağlı dərin təəssüf hissimizi bildiririk.

Ermənistanın özü, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin imzaladığı 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməmişdir. Üçtərəfli Bəyannamədən sonra Ermənistanın əldə olunmuş sülhə qarşı təxribatlar və terror aktları törətmək üçün Azərbaycan ərazisinə göndərdikləri terroçular Cenevrə Konvensiyaları və digər beynəlxalq humanitar hüquq normaları ilə himayə altinda olmaq hüququna malik deyillər.

Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan hələ də minaladığı sahələrin xəritəsini verməməklə və bunun nəticəsi olaraq mina partlayışları nəticəsində 100-ə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin öldürülməsi  və ya yaralanması faktı, özü müharibə adətlərinin pozulması deməkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı araşdırmalar nəticəsində Ermənistandan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra xarici vətəndaşlar da daxil olmaqla bir sıra terror təşkilatlarının üzvlərinin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsi müəyyən edilmişdir. Nəticədə, terrorçular, o cümlədən qanunsuz silahlı birləşmə üzvləri Azərbaycanın azad edilmiş Hadrut bölgəsində bir neçə mülki şəxsə və əsgərə hücum edərək öldürmüşlər. Bu terrorçuların, qanunsuz döyüşçülərin və muzdluların  1949-cu il Cenevrə Konvensiyası və Əlavə Protokoluna (1977) əsasən “Müharibə əsiri” olaraq himayə hüquqlarına malik olmadığını nəzərinizə çatdırırıq.

BMT Baş Məclisinin 1970-ci il tarixli Dövlətlərarası Dostluq və Əməkdaşlıq ilə bağlı Beynəlxalq Hüquq Prinsiplərinə dair Bəyannaməsində, BMT-yə üzv olan ölkələrin qanunsuz silahlı birləşmələri və muzdluları münaqişələrə cəlb etməsi qadağandır. Şübhəsiz ki, hərbi münaqişə bitdikdən sonra Azərbaycanın dövlət sərhədlərini keçən təxribatçılar beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və “aut dedere aut judiciare” (mühakimə etmə öhdəliyi) prinsipinə uyğun olaraq cinayətkar kimi mühakimə olunmalıdırlar. Yuxarıdakıları nəzərə alaraq, bundan sonra Human Rights Watch-un “44 günlük müharibə” ilə əlaqəli istənilən məsələləri nəzərdən keçirərkən ədalət və obyektivlik prinsiplərinə sadiqliyini nümayiş etdirəcəyinə inanırıq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s