Prezident Əliyev Putinin katibi Peskova: “İskəndər” raketi burdadır. Gəlib görə bilərsən…” VİDEO

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak etmişdir.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransda Prezident demişdir: “Putinin katibi Peskov açıqlama vermişdir ki, “İskəndər” raketi istifadə olunmayib. Amma “İskəndər” burdadır. Sən gedib baxa bilərsən. Mən özüm dünən onu görmüşəm. Hərbi Qənimətlər Parkında. Özüdə “İskəndər” yox, İskəndər-M, hansını ki Ermənistan istifadə edib”.

“Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar”.”Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İskəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sual cavablandırarkən bildirib.

“Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, – o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə müzakirə aparıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s