Bakı Hərbi Qənimətlər Parkı bir çoxlarını “narahat” etdi…

ShushaNews: “Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və qənimətlərin nümayiş etdirilməsi deyəsən, bir çoxlarını “narahat” etdi. “Narahat olanlar” arasında həm Ermənistan höküməti, həm də ermənispərəst xarici qüvvələr oldu. Təəssüf ki, öz vətəndaşlarımız arasından da belələri tapıldı. Sosial şəbəkədə bəzi insanlar guya humanist mövqelərinə əsaslanaraq parkda nümayiş etdirilən qənimətlər və eksponatlarla bağlı “dərin narahatçılıq” hissləri keçirdiklərini bildirməkdədirlər. Bu cür qüvvələrə və guya humanist mövqedən çıxış edən insanlara onu demək istəyirəm ki, bütün dünyada müharibə ilə əlaqədar olan muzeylər fəaliyyət göstərir. Londondan tutmuş Afina, Hanoy, Vroslav, Almaniya şəhərləri və digər yerlərdə. Bunların hər birində Bakı Hərbi Qənimətlər Parkında olduğu kimi dəbilqələr, manekenlər və s. nümayiş etdirilir. Burada qəbahət sayılası heçnə yoxdur. Sadəcə ola bilər ki, düzülüş qaydası fərqli olsun. Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən dəbilqələrlə bağlı sosial şəbəkədə “faciə” yaratmağa ehtiyac yoxdur. İstənilən müharibədə düşmən əsgəri legitim hərbi hədəfdir, dəbilqəsi ilə birlikdə… Nümunələri internetdə özünüz axtarıb tapa bilərsiniz” – bu sözləri “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirmişdir.

Eyni zamanda Azərbaycan XİN-i Parkın məqsədilə bağlı aşağıdakıları bildirmişdir:

“Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir”.

ShushaNews

https://herbiqenimetlerparki.az/az

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s