Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında verilən məlumatda deyilir ki, Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Böyük Vətən Müharibəsində keçmiş Sovet İttifaqının faşizm üzərində qələbəsi münasibətilə təntənəli paradın məşqlərinə başlayıb. Təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətləri və digərləri cəlb olunub.

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45-ədək hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir. (demokrat.az) Məsələ ilə bağlı hələ ki, rəsmi reaksiya bildirilməyib.
Mənbə: Rusiya Müdafiə Nazirliyi VİDEO