8 mayda işğal olunan Şuşamız 8 noyabrda azad edildi

1992-ci ilin 8 mayından Ermənistan tərəfindən işğal olunan Qarabağın baş tacı – Şuşa şəhəri 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.

ShushaNews: 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 300 kvadrat kilometrə yaxın ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.

Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər.

1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.

Ramil İskəndərlinin fikrincə, Şuşanın azad olunması “Beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğunluğu baxımından, Azərbaycan ordusununun həyata keçirdiyi Ermənistanı ədalətli sülhə məcburetmə əməlliyatları tam olaraq BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Cenevrə Konvensiyaları və onlara əlavə olunan protokollar, Haaqa Konvensiyası, beynəlxalq humanitar hüquqla tanınan Ölkələrin Müdafiə Öhdəlikləri (Responcibility to Protect) doktrinası və Sülhə Məcburetmə doktinası (Peace Enforcement) mükəmməl qaydada həyata keçirmişdir ki, bunun da nəticəsində Ermənistan 2 gün sonra kapitulsyasiya aktına imza atmışdır. Burada əsas və əvəzolunmaz rolun təbii ki, bu siyasəti həyata keçirən Ali Baş Komandan İlham Əliyevə məxsus olmasını qeyd etmək lazımdır”. 

Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etmişdir.

Prezident öz müraciətində qeyd etmişdir ki, “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! 

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

ShushaNews

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s