Şuşada silsilə tədbirlər başlayır – Foto/Video

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə bağlı instaqramda paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir.

Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

“Biz Şuşaya gedirik. Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında “Xarıbülbül” musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Və burada, təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!”, Prezident qeyd edib.

Bundan başqa Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. 

Demokrat.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedirlər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s