“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Fransa səfirliyinə etiraz məktubu göndərdi

Fransa Prezidenti Makron tvit hesabındakı məlum açıqlamasında Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazisinə keçməsi” barədə və guya bu səbəblə Ermənistana həmrəylik və birtərəfli dəstək ifadə etmişdir.

Bununla bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, təşkilat üzvləri adından Bakıdakı Fransa səfirliyinə etiraz məktubu ilə müraciət etmişdir.

Məktubda deyilir ki, Makronun açıqlaması mövcud real vəziyyətə əsaslanmır və birtərfəli xarakter daşıyır.

Fransa Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq Azərbaycanının ərazi bötüvlüyünü tanıyan məlum Qətnamələrə səs vermişdir. Bu cür acıqlamalardan və konflikt başlayandan indiyədək Makronun anti-Türkiyə və anti-Azərbaycan xarakterli bəyənat və açıqlamaları həqiqətən də Fransanın ATƏT Qrupunun həmsədri olma qabiliyyəti barədə şübhə doğurmuşdur.

Bu cür açıqlamalar Fransanın bu çərçivədə mandatına ziddir və Fransa və Azərbaycan arasında 1993-cü ildə imzalanmış “Dostluq və Qarşılıqlı Anlaşma Sazişi”nin ruhuna uyğun gəlmir.

Eyni zamanda qeyd olunmalıdır ki, Fransa beynəlxalq hüquqda ‘Tərəflərə Zərər Verməmək’ (“Do No Harm”) etik prinsiplərini pozmaqdadır. Bu prinsipə əsasən dövlətlər və humanitar aktorlar tərəflərə hərəkətləri nəticəsində daha yüksək zərər verməkdən çəkinməlidirlər və əksinə, prosesin normallaşmasına səy göstərməlidirlər. Fransa gələcəkdə bu kimi hərəkətlərdən çəkinməldir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi