Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıqda qarşılıqlı hüquqi əlaqələr xüsusi yer tutur

“Azərbaycan – Türkiyə münasibətləri özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq ondan ibarətdir ki, dünyanın heç bir yerində iki ölkə arasında Türkiyə və Azərbaycan arasında olan qədər yaxın əməkdaşlıq, dost və müttəfiqlik münasibətləri yoxdur. Hər bir zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmi daim vurğulanmalıdır. Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində qarşılıqlı hüquqi əlaqələr xüsusi yer tutur: “ Bu günlərdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyi bildirilib. Bu cür memorandumların imzalanması müasir beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri üçün səciyyəvi olan strateji ortaqlığı daha da möhkəmləndirir”.

İctimai Birliyin sədri qeyd edib ki, göründüyü, kimi Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir: “Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq da yüksək səviyyədədir. Türkiyə hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında oldu. Türkiyənin sadəcə siyasi və mənəvi dəstəyi Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü təmin etməsində mühüm rol oynadı. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olduğuna şahidlik etdi”.

R. İskəndərli, vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Eyni zamanda, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək.  Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək”.

Nigar Orucova, “İki sahil”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s