Azad olunan torpaqları ziyarət etmək niyyəti iləbağlı sorğunun nəticələri

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda respondentlərin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti öyrənilib.

İnfrastrukturun tam bərpa olunması halında 67.1% respondent dərhal, 18% respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib.

Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib.

Cəmi 5% iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini  bildirib. Yaş və aylıq gəlir səviyyəsi artdıqca  işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi artır.

Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. Yuxarı Qarabağdan olan respondentlərin 86%-i işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63.3%-i eyni cavab variantını seçib.

Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi bu ərazilər önə çıxıb – Şuşa (85%), Kəlbəcər (53%) və Laçın (44.5%).

Mənbə: Sosial Tədqiqatlar Mərkəzi (stm.az)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s