“Qədim Qarabağın yenilənən siması”müsabiqəsinə start verildi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordu şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoyduqdan və ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra uzun illər Ermənistan tərəfindən qarət edilərək tamamilə dağıdılmış ərazilərin və yaşayış məntəqələrinin dirçəldilməsi və bununla da Qarabağ regionunda normal yaşayışın bərpa edilməsi üçün müvafiq dövlət qurumları tərəfindən bir sıra irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Ərazilərin bərpasının planlı və nizamlanmış təşkili üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayanıqlı inkişafa dair şəhərsalma konsepsiyalarının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin gələcək simasının müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, işğaldan azad olunmuş ərazilərdə yerləşən müvafiq meyarlar əsasında qiymətləndirilməklə seçilmiş yaşayış məntəqələrinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Qədim Qarabağın yenilənən siması” adlı memarlıq müsabiqəsinə start verilir.

Müsabiqə barədə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://bizimqarabagh.az/?fbclid=IwAR1trqdG0-wU6e67Te1GbZNEOJuTudeAOiucGNixW9NJ6lHdUAeNNnC90P8

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s