Britaniya mətbuatı: Qarabağ atlarının şousu möhtəşəm idi

Londonda “Xarı Bülbül” şousu: Britaniya Kraliçası II Elizabeth Qarabağ atlarını izləyib

Londonda Qarabağ atlarının da qatıldığı ənənəvi “Royal Windsor Horse Show” – “Vindzor Kral Atçılıq Şousu” bu gün başa çatıb.

Mərasimi Böyük Britaniya Kraliçası II Elizabet və kral ailəsinin üzvləri izləyib.

Azərbaycan nümayəndə heyəti bu şouda “Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya təqdim edib.

İyulun 1-4-də keçirilən şouda Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun üzvləri Qarabağ atları üzərində çıxış ediblər.

Azərbaycanın təqdim etdiyi şouya Britaniya mediası da diqqət ayırıb.

Britaniyanın Daily Mail nəşri Azərbaycan atlılarının göstərdiyi tamaşanı “möhtəşəm” adlandırıb.

Bu şouya məhdud sayda tamaşaçının – cəmi 1000 nəfərin buraxıldığı qeyd olunub.

Windsor qəsrinin ərazində təşkil edilən şouda Azərbaycan atçılarının nümayiş etdirdiyi performans – iki çapan at üstündə qadının şpaqat etməsi, sürətlə çapan atın belindən başıaşağı iki atlının asılmış vəziyyətdə hərəkət etməsi və digər çıxışlar Daily Mail tərəfindən “tamaşaçını məəttəl edən” ifadəsiylə səciyyələndirilib.

Nəşr Azərbaycanı insan tərəfindən atların əhilləşdirildiyi dünyanın ilk regionlarından biri olduğunu qeyd edib.