Xaricdə yaşayan soydaşlarımız Şuşa ilə yaxından tanış olub

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız Şuşada olub. Şuşaya ayaq basan qonaqlar öz sevinclərini bir biri ilə paylaşıb. Nahardan sonra soydaşlarımızın Şuşa gəzintisinə start verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfər çərçivəsində Şuşaya üz tutan qonaqlar Xarı bülbül istirahət parkında olub. Kollektiv şəkildə Şuşa musiqisini ifa edən soydaşlarımız Qarabağ Azərbaycandır şüarını səsləndirib.Daha sonra Şuşa küçələrində gəzinti olub. Ermənilər tərəfindən dağıdılan qədim tikililər barədə onlara məlumat verilib.

Şuşa, 28 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan diaspor nümayəndələri Qarabağın incisi olan qədim Şuşa ilə yaxından tanış olublar. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində soydaşlarımız Şuşadakı Xarıbülbül istirahət parkında olublar. Kollektiv şəkildə Şuşa musiqisini ifa edən həmyerlilərimiz “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Azərbaycan diaspor nümayəndələri rayon mərkəzində yerləşən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün büstünü ziyarət edib, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydana gəliblər. Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Gəncə qapısı, Şuşa qalası ilə də tanış olublar və soydaşlarımız xatirə şəkilləri çəkdiriblər. Daha sonra Yuxarı Gövhərağa məscidinə gələn həmyerlilərimiz burada ibadət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Soydaşlarımızın səfərinin son dayanacağı Cıdır düzü olub. Müxtəlif ölkələrdən Şuşaya üz tutan soydaşlarımız Azərbaycan bayrağını dalğalandıraraq birlik nümayiş etdiriblər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s