Bir qrup Şuşa sakininin Şuşa şəhərinə səfəri başlayıb – FOTO/VIDEO

Bir qrup Şuşa sakini və media nümayəndələrinin Mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başlayıb. APA-nın xəbərinə görə, səfər zamanı şuşalılar öz şəhərini ziyarət edəcək, aparılan yeni quruculuq, bərpa işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində sakinlər şəhərdə yerləşən erməni vandalları tərəfindən dağıdılmış tarixi, dini və mədəni abidələri ziyarət edəcəklər.