NATO Baş Katibi Azərbaycana təşəkkür etdi

“Hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə NATO müttəfiqlərinin, xüsusən Türkiyə, ABŞ, İngiltərə və tərəfdaşımız olan Azərbaycan hərbi qüvvələrinə təşəkkürümü bildirirəm”. Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

NATO üzv ölkələrinin Xarici İşlər İdarələrinin rəhbərlərinin görüşündən sonra mərbuata açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq, həmçinin onu da qeyd etmişdir ki, “son günlərdə şahid olduqlarımız Əfqanıstan xalqı üçün faciədir. Vəziyyət çox çətin və gözlənilməz olaraq qalır. Müttəfiq və tərəfdaş ölkələrdən insanların və bizimlə işləyən əfqanların təxliyəsi davam edir. Bu bizim əsas prioritetimizdir”.

NATO Baş Katibinin bu açıqlamasına münasibət bildirən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin sədri Ramil İskəndərli qeyd etmişdir ki, “NATO Baş Katibi Azərbaycana təşəkkür etməsi, Azərbaycanın regionda sülh və təhlükəsizliyin qorunmasında NATO-nun tərəfdaşı kimi mühüm rolunun vurğulanması və yüksək qiymətləndirilməsidir”.

ShushaNews