QHT sədri: Azərbaycan və BMT arasında humanitar yönümlü əməkdaşlıq vacib əhəmiyyət daşıyır

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən, BMT-nin və onun strukturlarının həm siyasi, həm də humanitar yönümlü fəaliyyətlərinin Azərbaycana münasibətdə həyata keçirilməsi ilə bağlı qiymətləndirilməsini apararaq öz haqlı iradlarını bildirib.

Bunu AZƏRTAC-a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R.İskəndərli diqqətə çatdırıb ki, Prezident İlham Əliyev BMT-nin və onun strukturlarının siyasi və hüquqi fəaliyyəti ilə bağlı, ilk növbədə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələrin icra olunmaması və bu qətnamələrin icrası istiqamətində son 28 ildə Ermənistana qarşı heç bir təsirli mexanizmlərdən istifadə olunmaması, və bunun nəticəsində vəziyyətin hərbi eskalasiya və müharibə səviyyəsinə gəlib çıxmasına Ermənistanla birgə beynəlxalq birliyin də məsuliyyət daşıdığını bildirib.

“Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli prinsipi, eyni zamanda, güc tətbiq etməmək və tətbiq etməklə hədələməmək prinsiplərini kobudcasına pozub. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin beynəlxalq hüquqa əsasən ən ağır pozuntusu silahlı təcavüz hesab olunur. Ermənistan Azərbaycana silahlı təcavüz etsə də, beynəlxalq birlik bu ölkəni indiyədək təcavüzkar adlandırmayıb. Bunun nəticəsində Prezident İlham Əliyevin görüşdə qeyd etdiyi kimi, beynəlxalq hüququn normalarını bərpa edilməsi və BMT TŞ-nın qətnamələrini yerinə yetirilməsini BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməklə Ermənistanın sülhə vadar olunması məqsədilə Azərbaycanın özü icra edib”, – deyə QHT sədri vurğulayıb.

R.İskəndərli qeyd edib ki, BMT-nin humanitar yönümlü fəaliyyətinə qiymət verərkən, rezident İlham Əliyev UNESCO-nun 44 günlük müharibə zamanı, dəvət olunmalarına baxmayaraq, bizim ərazilərdə nələrin törədildiyini müşahidə etmək istəməməkləri, yalnız müharibədən sonra isə qeyd etdikləri kimi siyasi məsələlərə “qarışmasalar” da, səfər etmək istəklərinin təəccüblü olduğunu qeyd edib. Lakin bununla belə, Azərbaycan bu gün də UNESCO-nun Azərbaycana səfərini müsbət qarşılayır: “Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid etdiyini qeyd etdi. BMT humanitar fəaliyyətini daha da aktivləşdirməli və müharibədən zərər çəkənlərə öz köməyini əsirgəməməlidir. Buraya əsasən bərpa, yenidənqurma və qayıdış proseslərində beynəlxalq səviyyəli texniki, ekspert və məsləhətçi xidmətlərini göstərməklə Azərbaycan hökumətinə dəstək, ərazilərin minalardan təmizlənməsinə dəstək və s. humanitar yönümlü fəaliyyətin həyata keçirilməsi aiddir”.

QHT sədri sonda qeyd edib ki, Prezident İlham Əliyevin BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ilə görüşdə səsləndirdiyi fikirlər, eyni zamanda, bütün beynəlxalq birliklərə verilən mesajdır. Müharibədən çıxmış bir ölkədə, işğaldan azad edilmiş ərazilərin yenidən dirçəlməsini öz prioritet istiqaməti kimi elan edən bir ölkədə, siyasi demaqogiya və ya sonsuz siyasi danışıqlara yox, konkret humanitar dəstək istiqamətində fəaliyyətlərə daha çox ehtiyac vardır.

Azərtac

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s