Tanınmış beynəlxalq ekspertlərin mötəbər hesabatı ictimaiyyətə təqdim olundu

44 günlük Qarabağ müharibəsi zamanı törədilən müharibə cinayətlərə həsr olunmuş, tanınmış beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr – noyabr 2020” adlı aralıq hesabat ictimaiyyətə təqdim olunmuşdur.

Belə ki, Aralıq hesabat 3 hissədən ibarətdir. Hesabatda Azərbaycanın müxtəlif şəhərlərində 100 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnən qəsdən törədilən hücumlar araşdırılır. Hesabat 9 Bedford Row Team, BM Morrison Partners Team və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının son 8 aydakı böyük səyləri nəticəsində hazırlanmışdır.

Hesabatla keçid vasitəsilə tanış ola bilərsiz.

Mənbə: https://barassociation.az/news/733