Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var – Hikmət Hacıyev

“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”.

Bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanının açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib.

H.Hacıyev Ermənistanın yenidən silahlanmağa başlaması ilə bağlı iddiaları da cavablandırıb.

Azərbaycan Prezidentinin müşaviri bildirib ki, əgər bu hərəkətlənmə revanş məqsədi ilə edilirsə, tarixi səhv ilə başa çatacaq:

“Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsinə və digər bu kimi fəaliyyətlərinə özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk.

Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.

H.Hacıyev öz müsahibəsində Zəngəzur dəhlizi barədə də danışıb və bildirib ki, Ermənistan bütün məsələlərdə olduğu kimi bu məsələnin həllinə də məntiqsiz yanaşır.

“Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın tərkib hissəsidir. Bu xüsusda Ermənistanın öhdəlikləri var.

Təəssüflər olsun ki, biz Ermənistanda bu mövzu ilə əlaqədar rasional deyil, əksinə qeyri-rasional və məntiqsiz fikirlərin səsləndirildiyinin şahidi oluruq”, – deyə H.Hacıyev vurğulayıb.

Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə deyib.

O həmçinin bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə “müəyyən müzakirələr hələ davam edir”.

Cənab Hacıyev Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib.

“Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”, – Hacıyev bildirib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s