Şəhid övladlarının Şuşaya səfəri təşkil olunub

25 sentyabr tarixində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.

İki günlük səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edəcəklər.

Səfər iştirakçıları Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər. (Azərtac)