“Gəncəyə raket hücumları insanlığa qarşı törədilmiş qanlı cinayətlər idi” – Ramil İskəndərli

 “ShushaNews” saytının verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 3 sentyabr tarixində 100-dək QHT-lərin iştirakı ilə təşkil olunan səfər 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunub.

1949-cu il “Müharibə zamanı mülki şəxslərin qorunması haqqında İV Cenevrə
Konvensiyası”nın 18-ci maddəsində deyilir ki, heç bir halda münaqişə tərəfləri mülki şəxslərin sıx məskunlaşdığı yerlərə mərmilər atmamalıdır”.

Təcavüzkar Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası
çərçivəsində götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxsləri, evləri, mülki əraziləri və yaşayış məntəqələrini hədəf götürməyə və bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq mülki şəxslərə qarşı cinayətlər törətmişlər. Əhali mərkəzləri, rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri, xəstəxanalar, tibb mərkəzləri, məktəb binaları və uşaq bağçaları qəsdən hədəf alınmışdır.

“Human Rights Watch” və “Amnesty International” təşkilatları da Azərbaycanın mülki əhalisinə və infrastrukturuna Ermənistan tərəfindən qadağan olunmuş bombalardan istifadə etməklə hücumları öz hesabatlarında təsdiq olunub.

QHT-lərin Gəncəyə səfərində iştirak etmiş “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərli məsələyə öz münasibətini bildirərkən, qeyd etmişdir ki, “Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən hər hansı bir hərbi zərurət olmadan, münaqişə zonasından uzaqda yerləşən 500.000 nəfərdən çox əhalisi olan Gəncə şəhərinin bombalanması, günahsız insanları öldürmək üçün SCUD kimi güclü dağıdıcı raketlərin qəsdən və seçilmədən mülki insanlara qarşı istifadəsi, XXI əsrdə insanlığa qarşı törədilmiş ən qanlı müharibə cinayəti olaraq tarix kitablarına daxil ediləcəklər”.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s